Türkiyənin Samsun şəhərində qəribə hadisə baş verib.
Unikal.org xəbər verir ki, şəhər sakini işləməyən avtomobilinə qəzəblənib. O, bundan sonra yaxınlıqda olan yanacaqdoldurma mərkəzindən benzin alaraq avtomobilin üzərinə töküb. Nə olduğunu anlamayan ətrafdakı insanlar şəxsi izləməyə davam edib.
Bundan sonra vətəndaş avtomobilini yandırıb. Alovlar qısa müddətdə avtomobili əhatə edib. Ətrafdakı vətəndaşların xəbəri ilə hadisə yerinə göndərilən polis əməkdaşları tərəfindən ərazi partlayış təhlükəsinə qarşı mühasirəyə alınıb.
Polislər şəxsi hadisə yerindən uzaqlaşdırmaq istəsə də, o, yanan avtomobilini tərk etməyib. Yanğın xilasetmə qruplarının müdaxiləsi ilə söndürüldükdən sonra şəxs polis əməkdaşları tərəfindən ifadə vermək üçün polis bölməsinə aparılıb.
Maraqlısı odur ki, çalışmayan avtomobilinə qəzəblənən şəxsə "komendant saatı məhdudiyyətlərinə əməl etmədiyi" səbəbi ilə inzibati cərimə tətbiq edilib.