"Sabah-2"nin futbolçusu Ramil Şeydayev AFFA tərəfindən cəzalanıb.
Unikal.org PFL-nin saytına istinadən xəbər verir ki, “Qaradağ Lökbatan”la I Divizionun 16-cı tur matçının 63-ci dəqiqəsində baş hakim Fərid Hacıyevi təhqir etməsi Şeydayevə baha başa gəlib.
Qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan 25 yaşlı hücumçu 4 oyunluq cəzalanıb, klubu isə 320 manat məbləğində cərimə ödəməli olacaq.