FİFA-nın sabiq prezidenti Yozef Blatter xəstəxanadan evə buraxılıb.

Unikal.org xəbər verir ki, bu barədə FİFA-nın keçmiş vitse-prezidenti Vyaçeslav Koloskov məlumat yayıb. O, Blatterin özünü yaxşı hiss etdiyini və hazırda evdə olduğunu bildirib.

Blatter ötən ilin sonunda ürəyindən əməliyyat olunmuşdu. Sabiq futbol funksioneri bu ilin yanvar ayında vəziyyəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilmişdi.

84 yaşlı Blatter 1998-2015-ci illərdə FİFA-ya rəhbərlik edib.