Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start verilib.

Unikal.org xəbər verir ki, turun açılış matçında "Qarabağ" sonuncu pillədə qərarlaşan "Sabah"ı qəbul edib.

"Azərsun Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində Filip Ozobiç 15-ci dəqiqədə penaltidən yararlana bilməyib. 30 yaşlı xorvatiyalı yarımmüdafiəçi 42-ci dəqiqədə hesabı açmağa müvəffəq olub. 73-cü dəqiqədə isə Mahir Emreli fərqi iki topa çatdırıb.

"Qarabağ" qələbə sayəsində 42-ci xalını qazanıb və bir günlük də olsa vahid olub. "Sabah" isə 16 xalla sonuncudur.

Qeyd edək ki, günün digər oyununda "Sumqayıt" "Keşlə" ilə qarşılaşacaq. Turun 2 görüşü martın 14-də oynanılacaq. "Qəbələ" "Zirə"ni, "Neftçi" "Səbail"i qəbul edəcək.