Almaniya "Bavariya"sının futbolçusu Cero Boatenq cari mövsümün sonunda komandadan ayrılmağa qərar verib.
Unikal.org "Bild" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi Münhen təmsilçisi ilə azad agent kimi vidalaşacaq.
Klub rəhbərliyi də artıq təcrübəli oyunçu ilə əməkdaşlıqda maraqlı deyil. Bu ilinin iyununda müqaviləsi başa çatacaq futbolçuya yeni sözləşmə təklif olunmayıb.
Qeyd edək ki, Cerom Boatenq 2011-ci ildən "Bavariya"da çıxış edir.