Gəncədə çay evində dava olub.
Unikal.org-un bölgə müxbirinin verdiyi xəbərə görə, 1959-cu il təvəllüdlü Vaqif Muradov 6 nəfər tərəfindən döyülüb. Hadisənin "Qarabağlı" çay evində baş verdiyi bildirilir. Xəstəxanaya yerləşdirilən 62 yaşlı kişinin vəziyyəti orta ağırdır.
Faktla bağlı polis tərəfindən araşdırma başlanılıb.
Seymur Əli