Bakı-Şamaxı avtomobil  yolunda xəsarətlə nətiəclənən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, qəza magistralın 85-ci kilometrliyində Qobustan rayonu ərazisində qeydə alınıb. Belə ki, "Lexus" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsinin idarəetməsinin itirərək yol kənarına aşırıb. Hadisə nəticəsində xəsarət alanlar var.

Faktla bağlı araşdırma aparılır.

Famil Fərhadoğlu