Azərbaycan cüdoçusu Murad Fətiyev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə təsəlliverici görüşə çıxıb.
Unikal.org xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı Portuqaliyanı təmsil edən Anri Egutidze ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Fətiyev bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Yarışa 1/32 finalda başlayan cüdoçu ardıcıl olaraq Din Gemer (İsrail), Xose Mendiola (İspaniya) və Abdelrahman Məhəmmədi (Misir) mübarizədən kənarlaşdırıb. O, 1/4 finalda Toto Grigalaşvili (Gürcüstan) ilə dueldən məğlub ayrılıb.
81 kq-dakı digər cüdoçu Zelim Tskayev 1/32 finalda Kenni Bedelə qalib gəlib, növbəti raundda isə Dorin Qotonoaqaya (Moldova) uduzub.
Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində Kəramət Hüseynov bürünc medal qazanıb. Böyük Dəbilqəyə martın 28-də yekun vurulacaq. Azərbaycan turnirdə 11 cüdoçu ilə təmsil olunur.