Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib.
Unikal.org xəbər verir ki, B qrupunda mübarizə aparan Gürcüstan millisi bu gün növbəti oyununa çıxıb. Paytaxt Tbilisidə Gürcüstan və İspaniya milli komandaları qarşılaşıblar.
"Dinamo Arena"da keçirilən görüş İspaniya yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Matçı stadionda 30 minə yaxın tamaşaçı izləyib.
Qeyd edək ki, Gürcüstan millisi ilk oyununda İsveç komandasına 1:0 hesabı ilə məğlub olmuşdu.