Xorvatiya Futbol İttifaqının prezidenti Davor Şuker yenidən şəxsi həyatı ilə bağlı diqqət mərkəzinə düşüb.
Unikal.org-un məlumatına görə, 53 yaşlı futbol veteranın növbəti eşq macərası da uzun çəkməyib.
Sabiq Xorvatiya gözəli Kristina Bralo Davor Şukeri tərk edib.
Xorvatiya mətbuatının iddiasına görə, 28 yaşlı model və müğənni ilə qurum rəhbəri arasında münasibətlər hələ ötən ilin sonunda pisləşib. Belə ki, onların münasibətlərinin pisləşməsinə səbəb qısqanclıq olub.
Şuker ABŞ-a Kristinasız gedib . Onun tək səyahəti Kristinanın səbir kasasını daşırıb. O, əşyalarını yığaraq sabiq futbolçunun evini tərk edib.
Bralo qurum rəhbərinin ona bağışladığı 80 min avroluq “Mersedes” avtomobilini də geri qaytarmaqdan imtina edib. Maşının nömrəsi də xüsusi olaraq seçilib. Burada Kristinanın ad və soyadının hərfləri və doğum tarixi əksini tapıb.
Bu, gənc modellərə sevgisi ilə ad çıxaran Şukerin ilk ayrılığı deyil. O, digər Xorvatiya gözəli Maya Svetkoviç, tanınmış modellər Draqana Radoşeviç və Kristina Bradatsla da sevgi münasibətlərində olub.