Dünyaca məşhur reper Lil Nas X və MSCHF adlı kollektivin ortaq dizaynı olan idman ayaqqabıları insaları təşvişə salıb.
Unikal.org xəbər verir ki, qırmızı və qara ayaqqabıların alt hissəsində insan qanı olduğu ifadə edilib. Məlumata görə, ayyaqabıları "Nike" modeli üzərində hazırlanıb.
Lakin "Nike" insan qanını olması ilə heç bir əlaqəsi olmadığını bildirib. Ayaqqabıların dizaynı isə gündəm yaradıb.
MSCHF sözçüsü ayaqqabılardakı qanın sənət kollektivinin üzvləri tərəfindən verildiyini izah edərək, "Sənət üçün fədakarlıq etməyi sevirik" deyə bildirib. Bundan əlavə MSCHF, "Nike"nin ayaqqabı ilə iş birliyinin olmadığını da təsdiqləyib.
Belə ki, 666 cüt idman ayaqqabısı 1018 dollara satılır. "Satan Shoe" (Şeytan ayaqqabısı) adlanan ayaqqabının altında İncildən bir ayə "Bir damla insan qanı" sözləri yazılıb.