CBC  (Caspian Broadcasting Company) televiziyasının departament rəhbəri işdən çıxıb.

Unikal.org xəbər verir ki, CBC kanalının Xəbərlər Departamentinin rəhbəri Səadət Məmmədova öz ərizəsi ilə vəzifəsindən ayrılıb.  O, 2015-ci il oktyabrın 15-dən bu vəzifədə çalışırdı.

Belə ki, Səadət Məmmədova bundan sonra ATV-də fəaliyyət göstərəcək.  Tanınmış  ATV prezidentinin informasiya yayımı üzrə müşaviri təyin edilib.

Qeyd edək ki, CBC TV 2021-ci ildən yeni yayım konsepsiyasına keçib. Telekanal yalnız bir dildə - rusca yayımlanır. Azərbaycan dilində xəbərlərin və verilişlərin yayımı dayandırılıb.

Famil Fərhadoğlu