İspaniya millisinin baş məşqçisi Luis Enrike xoşagəlməz hadisə ilə üzləşib.

Unikal.org-un məlumatına görə, hadisə DÇ-2022-nin seçmə mərhələsinin Kosovo ilə dünənki oyunundan əvvəl baş verib.

Çalışdırıcı və köməkçilərindən bir neçəsi matçın keçiriləcəyi stadiona gedərkən məskunlaşdıqları otelin liftində qalıb. Onun liftdən çıxarılmasına təxminən 1 saat vaxt lazım gəlib.

Həmin müddət ərzində komandanı aparan avtobus da yola düşüb. Nəticədə Enrike və yanındakılar qarşılaşmaya gecikiblər.

Qeyd edək ki, İspaniya III turun matçında Kosovonu 3:1 hesabı ilə məğlub edib.