Azərbaycan cüdoçusu Zelim Kotsoyev Türkiyənin Antalya şəhərindəki Böyük Dəbilqə turnirində qızıl medal qazanıb.

Unikal.org-un məlumatına görə, 100 kq çəki dərəcəsində mübarizə aparan 23 yaşlı idmançı final görüşündə yaponiyalı dünya çempionu Aaron Volfa cərimə xalı ilə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.