Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev uzun fasilədən sonra Premyer Liqada start heyətində yer alıb.
Unikal.org xəbər verir ki, hücumçu “Sabah”ın “Qəbələ” ilə bugünkü qarşılaşmasına “11-lik”də başlayacaq.
XXI turun bu matçı ilə Ramilin start heyəti həsrəti bitəcək. O, sonuncu dəfə 147 gün öncə ilk dəqiqələrdən meydana çıxıb.
Bu, IX turun noyabrın 8-də “Zirə” ilə görüşündə (0:1) baş verib. Sonradan əsas heyətdə yerini itirən forvard bəzən sonradan meydana çıxıb, bəzən ikinci komandaya göndərilib.