Azərbaycanın ağırlıqqaldıranı Boyanka Kostova Rusiyanın paytaxtı Moskvada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Unikal.org xəbər verir ki, 59 kq çəki dərəcəsində mübarizə aparan idmançı birdən qaldırmada 95 kq-la bürünc, təkanla qaldırma hərəkətində isə 116 kq-la qızıl medal qazanıb.
Ümumilikdə 211 kq (95 + 116) nəticə göstərən Kostova yekun sıralamada da Avropa çempionu olub.
Qeyd edək ki, yarışda Azərbaycanın daha iki təmsilçisi aprelin 10-da qüvvələrini sınayacaq. Əliş Nəzərov 102 kq çəkidə B, Dadaş Dadaşbəyli isə A qrupunda çıxış edəcək.
Xatırladaq ki, Boyanka Kostova 2012, 2015 və 2016-ci illərdəki Avropa çempionatlarının və 2015-ci ildəki dünya çempionatının da qalibidir.