Azərbaycan taekvondoçusu Minayə Əkbərova Bolqarıstanın paytaxtı Sofiyadakı Avropa çempionatında yarımfinala yüksəlib.
Unikal.org-un məlumatına görə, 46 kq-da mübarizə aparan idmançı 1/4 finalda bolqarıstanlı Qabriele Katsarovaya qalib gələrək, növbəti raunda vəsiqə qazanıb. Görüşün əsas vaxtı heç-heçə başa çatıb - 2:2. Əlavə vaxtda 2:0 hesablı qələbə qazanan taekvondçu ən azı bürünc medalı özü üçün təmin edib.
Əkbərova yarımfinalda rusiyalı Larisa Medvedeva ilə qarşılaşacaq.
49 kq çəki dərəcəsindəki Patimat Abakarova isə 1/4 finalda rumıniyalı Liana Musteataya uduzaraq, yarışla vidalaşıb.
Qeyd edək ki, Minayə Əkbərova 1/8 finalda Almaniya təmsilçisi Özlem Gürüzü, Abakarova isə italiyalı Martina Korellinini mübarizədən kənarlaşdırıb.