Şərq əlbəyaxa Döyüş növləri üzrə əməkdar məşqçi, Kempo döyüş növü üzrə üçqat dünya çempionu Rauf Ibrahimovun oğlu və qızı üz-üzə gəlib.
Unikal.org xəbər verir ki, hazırda fəaliyyətini Ukraynada davam etdirən dünya çempionu məşq zamanı Toğrul İbrahimli və Gülay İbrahimli kempo növü üzrə məşq edərkən çəkilmiş görüntüsünü sosial şəbəkədə paylaşıb.
Onların bu görüntüsü çox sayda bəyəni alıb.
Qeyd edək ki, Gülay İbrahimli karate üzrə yeniyetmələr arasında yerli və beynəlxalq yarışların qalibi və mükafatçısıdır. Gənc Toğrul İbrahimli isə peşəkar kempoçudur.