Baş məşqçi Joze Mourinyonun klubdakı gələcəyi şübhə altında olsa da, "Tottenhem" transfer planlarını davam etdirir.

Unikal.org "Daily Mail"ə istinadən xəbər verir ki, London təmsilçisi "Feyenoord"da çıxış edən Orkun Kökçünü heyətinə qatmaq istəyir. 20 yaşlı yarımmüdafiəçiyə uzunmüddətli müqavilə təklif etməyi planlaşdıran "Tottenhem" futbolçunun agenti ilə danışıqlar aparır. 

Qeyd edək ki, türk futbolçu ilə digər İngiltərə klubu "Arsenal" da yaxından maraqlanır.

Xatırladaq ki, Orkun Kökçü Niderland Erediviziyasında mart ayının oyunçusu seçilmişdi. Orkun, Azərbaycanın U-21 millisində çıxış etmiş Ozan Can Kökçünün qardaşıdır. O, bir neçə il öncə böyük qardaşından fərqli olaraq, millimizdə oynamaqdan imtina etmişdi.