“Yuventus” hücumçusu Paulo Dibala ilə danışıqları yenidən dayandırıb.
Unikal.org xəbər verir ki, buna səbəb tərəflərin yeni müqavilə məsələsində ortaq məxrəcə gələ bilməməsidir.
Turin təmsilçisi argentinalı ulduz futbolçuya illik 10 milyon avro maaş təklif etsə də, ön xətt oyunçusu daha yüksək məvacib istəyir. Bu üzdən “qoca sinyora” təklifi geri götürüb. Mayda danışıqların yeni mərhələsinə start veriləcək.
Qeyd edək ki, Paulo Dibalanın “Yuventus”la sözləşmə müddəti gələn ilin yayına qədərdir.