Serbiyanın “Danas” nəşrində Ermənistanın Qarabağdakı minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etməsindən bəhs edən məqalə dərc olunub.

Unikal.org xəbər verir ki, məqalədə Yerevanın hərəkətlərinin beynəlxalq humanitar hüquqa və ötən ilin noyabrında əldə edilmiş atəşkəsin ruhuna zidd olduğu qeyd edilib.

Bundan əlavə, məqalədə işğalın müxtəlif illərində basdırılmış piyadalar əleyhinə və tank əleyhinə minaların partlaması nəticəsində çox sayda mülki və hərbi şəxsin, o cümlədən istehkamçıların həlak olduğu bildirilib.

Nəşrin yazdığına görə, minalanmış ərazilərin xəritələri verilmədən minaların təmizlənməsi prosesi 10 ilə qədər davam edə bilər.