ABŞ səlahiyyətlilər İsrail ilə Fələstin arasındakı gərginliyin tezliklə azalacağına ümid edir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın "pərdəarxası" müdaxiləsi münaqişənin inkişafına mane olub.
Məlumata görə, Ağ Ev səlahiyyətliləri İsrailin Baş naziri Binyamin Netanyahunu Qəzza zolağındakı hərbi əməliyyatları şiddətləndirməməyə çağırıblar. Bundan sonra İsrail lideri döyüş əməliyyatlarının bitməsinə bir neçə gün qaldığını söyləyib.