Rusiyada son sutka ərzində koronavirusa 7884 yeni yoluxma halı qeydə alınıb.

Unikal.org  xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 5 017 795 nəfərə çatıb.

Rusiyada son bir gündə 319 xəstə vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 119 194 nəfərdir. İndiyədək 4 632 955 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.