İraqın paytaxtı Bağdadda yüzlərlə insan dövlət xidmətinin olmaması və mülki fəalların öldürülməsi ilə əlaqədar hökumətə etirazlarını bildiriblər.
Unikal.org xəbər verir ki, Bağdadın mərkəzi olan Tahrir Meydanında toplanan nümayişçilər şüarların müşayiəti ilə hökumət əleyhinə etiraz ediblər.
Hadisə yerinə çox sayda polis qüvvələri cəlb olunub.