Rusiya Belarusa müasir silahlar göndərəcək.

Unikal.org xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Silahların hansı şərtlər altında göndəriləcəyi və Rusiya qüvvələrinin yerləşdirilməsi və ya baza qurulması barədə heç bir şey danışılmayıb.Buna ehtiyacımız yoxdur. Çünki İttifaq dövləti hərbi təhlükəsizlik anlayışımıza uyğun olaraq, hələ belə bir şeyə ehtiyac yoxdur. Hər hansı bir şübhə, NATO-da hərbi böhran yönündə hərəkətlilik olarsa, Rusiya qoşunları 24 saat ərzində Belarusa yerləşəcək”.