Səhər saatlarında Bakı-Ələt yolunda qəza baş verib.

Unikal.org-un məlumatına görə, "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi yolun ortasında yerləşən dəmir maneələrə çırpılıb.

Nəticədə avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə Yol Patrul Xidməti əməkdaşları cəlb olunub.

Seymur Əli