Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş Britaniyanın səhiyyə naziri Sajid Javid xəstəlikdən sağalıb.

Unikal.org xəbər verir ki, səhiyyə naziri bu barədə “Twitter”də bildirib.

“COVID-19 analizinin nəticəsi müsbət çıxdıqdan bir həftə sonra tamamilə sağalmışam. Uğurlu peyvəndə görə xəstəliyin simptomları yüngül oldu”,- deyə o qeyd edib.

Britaniyanın səhiyyə naziri vətəndaşları peyvənd olunmağa çağırıb.