Separatçıların nəzarətində olan Ukraynanın Luqansk bölgəsində atışma olub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna ordusunun separatçıların nəzarətindəki Kalinovo kəndini atəşə tutduğu bildirilib. Həmçinin, Sokolniki və Zelobok məntəqələri də müxtəlif növ qumbaraatanlardan atəşə tutulub.