Yaponiyada yüksək temperatur səbəbiylə son bir həftədə 23 nəfər ölüb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiya Yanğın və Fəlakət İdarəsi Agentliyi, 19-25 İyul həftələrində istilik vurması səbəbiylə 8122 adamın xəstəxanaya qaldırıldığını bildirib.
Agentlik onlardan 23-nün öldüyünü, 3000-dən çoxunun isə ağır vəziyyətdə qaldığını açıqlayıb.
Mütəxəssislər, yapon vətəndaşlarına istilik 28 dərəcəyə çatanda və ya rütubət yüzdə 70-ə qalxanda havalandırma cihazlarının işləməsini tövsiyə edib.