ABŞ-da “LyondellBasell” şirkətinə məxsus zavodda kimyəvi maddə sızıntısı baş verib.
Unikal.org xəbər verir ki, hadisə Texas ştatında baş verib. Belə ki, sözügedən zavodda sirkə turşusu sızması olub. Nəticədə, 2 nəfər ölümcül yaralanıb, daha 4 nəfər isə yanıq yaraları ilə xəstəxanaya yerləşdirilib.
Sızıntını dayandırmaq mümkün olub. Havanın keyfiyyəti ilə bağlı aparılan monitorinqin nəticələrinə görə, yerli əhali üçün heç bir təhlükə yoxdur.
Hazırda hadisə yerinə qəza xidmətinin əməkdaşları cəlb olunub.