Rusiyada son sutkada daha 19 536 nəfər COVID-19-a yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 6 804 910 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 809 nəfər artaraq 178 423-ə yüksəlib.

Rusiyada indiyədək koronavirusa yoluxan 6 073 157 nəfər sağalıb.