İyun ayında Fransa prezidenti Emmanuel Makrona sillə vuran fransız Damien Tarel bu gün həbsdən çıxıb. O, mediaya verdiyi açıqlamada törətdiyi əməldən peşman olmadığını söyləyib.
Unikal.org xəbər verir ki, Fransa məhkəməsi tərəfindən 4 ay həbs cəzası almış Tareli binanın qarşısına toplanmış media nümayəndələrinə görə planlaşdırıldığından iki saat əvvəl azadlığa buraxıblar.
"Əməlimə görə təəssüflənmirəm... Çoxlu dəstək məktubları aldım"-, o BFMTV telekanalına bildirib.
Fiziki zorakılığa qarşı olduğunu deyən fransız, Makrona qarşı hərəkətini "zəif bir şillə" kimi qiymətləndirib:
"Düşünürəm ki, Makron bu qapazdan tez bir zamanda özünə gəldi".
Xatırladaq ki, insident prezidentin Drom regionuna səfəri zamanı baş vermişdi. Belə ki, Makron yerli sakinlərə yaxınlaşaraq onlarla söhbət etməyə başlayıb. Bu zaman Damyen ona şillə vurub.