Ermənistanda 1978-ci il təvəllüdlü çavuş Mkrtiç Ovakimyanın ölümündə təqsirli bilinən hərbi qulluqçu həbs edilib.
Unikal.org xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
"İstintaq və digər prosessual hərəkətlər zamanı hadisənin təfərrüatları məlum olub, eləcə də eyni bölmənin hərbçisi olduğu iddia edilən cinayətkarın kimliyi ortaya çıxıb", - məlumatda deyilir.
İlkin məlumatlara görə, hadisə sentyabrın 13-də, saat 20:00 radələrində Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində xidmətdə olarkən döyüş xidmətinin təşkili qaydalarının pozulması nəticəsində baş verib. Ovakimyan odlu silahdan açılan atəş nəticəsində ağır yaralanaraq vəfat edib.
Cinayət işi açılıb, ilkin istintaq davam edir.