Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası ilə bağlı hazırlıq prosesi sıfırdan başlayacaq, Ermənistan artıq Rusiyanın təklifinə razılıq verib.

"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyasının sədri, hakim “Vətəndaş müqaviləsi” frakskyasının üzvü Andranik Köçəryan bildirib. O qeyd edib ki, “Danışıqlar gizli şəkildə aparılır".

“Vətəndaş müqaviləsi” partiyasının daha bir üzvü, Xarici Əlaqələr Komissiyasının rəhbəri Eduard Ağacanyan öz növbəsində bəyan edib ki, rəsmi Yerevan Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiyası və delimitasiyası prosesi çərçivəsində işə başlamaq üçün razılıq verdiyi barədə Rusiyaya yazılı bildiriş göndərib:

"Texniki məsələlərlə bağlı razılıq əldə edilən kimi, Ermənistan komissiya yaratmağa və konkret işlərə başlamağa hazır olacaq", - Ağacanyan bildirib.