“Artıq Şuşada bərpa və konservasiya işlərinə başlanılıb. Azad edilmiş digər ərazilərdə də bu işlərə başlanılacaq”.

Bunu “Unikal”a açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

Onun sözlərinə görə, bu bir az vaxt tələb edir: “Çünki müvafiq prosedurları həyata keçirməliyik. Bərpa işləri ilə yanaşı, azad edilmiş ərazilərdə işğal və Zəfər muzeylərinin, komplekslərinin yaradılması da nəzərdə tutulub. Bu, Mədəniyyət Nazirliyinə aid olan məsələdir. Bununla bağlı artıq layihələr təsdiqlənib. Biz layihələrin davamlı olaraq icra edilməsinə nəzarət edirik”.

Anar Kəlbiyev