ABŞ-ın Nyu-York şəhərində Foks Meydanında quraşdırılan 15 metrlik süni yolka 49 yaşlı evsiz şəxs tərəfindən yandırılıb.

"Unikal"  xəbər verir  ki, polis tərəfindən saxlanılan şəxsin yandırma və əmlaka ziyan vurmaqda ittiham ediləcəyi gözlənilir.

Hadisə zamanı ölən və yaralanan olmasa da yanğınsöndürənlərin müdaxiləsindən sonra yanğın söndürülüb.