Bu gün Ermənistanda yerli vaxtla saat 19:31-də zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Ermənistan Fövqəladə Hallar Nazirliyinin “Seysmik Mühafizə Xidməti” Şorja kəndindən 2 km şimal-şərqdə 3,4 bal gücündə zəlzələ qeydə alıb.
Zəlzələ Qeqarkunik, Kotayk və Tavuş rayonlarında hiss olunub. Şorja, Artanış, Draxtik, Haqartsin və Qandzakar kəndlərində 3-4 bal, İcevan, Çəmbərək, Razdan və Qavar şəhərlərində 3 bal, Sevan və Abovyanda isə 2-3 bal gücündə hiss edilib.