Yeni növ koronavirusun (COVİD-19) ilk dəfə Afrikanın cənubunda ortaya çıxan "Omicron" ştammı indiyədək 77 ölkədə aşkar edilib.
"Unikal" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, bu ştamm heç bir başqa variantda görülməyən sürətlə yayılır.