Rusiyanın Stavropol diyarında qaz kəmərində partlayış olub.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Region İdarəsi məlumat yayıb.
Bildirilib ki, axşam saatlarında Ust-Nevinka və Belomeçetskaya yaşayış məntəqələri arasından keçən qaz kəmərində yanğın müşahidə olunub.

Yaşayış məntəqələri üçün təhlükənin olmadığı bildirilib.