Konfrans Liqasının pley-off mərhələsinin Fransada keçiriləcək "Marsel" - "Qarabağ" ilk matçını məhdud sayda azarkeş izləyə bilər.
"Unikal" xəbər verir ki, buna səbəb Fransa hökumətinin 2022-ci il yanvarın 3-dən idman tədbirlərində azarkeş sayına tətbiq edəcəyi məhdudiyyətlərdir.
Qərara əsasən, qapalı məkanlarda 2 min nəfərdən, açıq havada isə 5 min nəfərdən çox tamaşaçı iştirak edə bilməz. Məhdudiyyətlərin qüvvədə olma müddəti barədə məlumat verilmir.
Qeyd edək ki, "Marsel" - "Qarabağ" oyunu fevralın 17-də keçiriləcək. Cavab görüşü isə fevralın 24-də Bakıda olacaq.