"Təəsüf ki, Amerikanın pulunu ödədiyimiz halda bizə vermədiyi məhsullar var ki, onlardan ən əsası "F-35" qırıcılarıdır. Bunun üçün ABŞ-a 1 milyard 450 milyon dollar ödəmişik. Amma bizə qırıcıları hələ də təhvil verməyiblər”.
"Unikal" xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan müdafiə nazirləri səviyyəsində müəyyən görüşləri keçirərək yaranan problemi həll edilə biləcəyini vurğulayıb. Türkiyə lideri ölkəsi ilə ABŞ-ın münasibətlərinin pozulmasını istəmir.
“Onlarla bir çox sahələrdə birgə atdığımız addımlar var. Bununla bağlı Müdafiə Nazirliyimiz qarşı tərəflə bu işi davam etdirir. Biz "F-16" qırıcılarını modernləşdirməklə bunu həll etməyə çalışacağıq”, - o qeyd edib.