İspaniyada son iki həftədə rekord səviyyədə artan benzinin qiyməti müzakirələrə səbəb olub.
"Unikal" xəbər verir ki, ölkədə ötən ilin sentyabrında 1,52 avro olan benzinin qiyməti son iki həftədə artaraq 1,58 avroya yüksəlib.
Dizelin litr qiyməti 2012-ci ildə qeydə alınan rekordu təkrarlayaraq 1,46 avroya yüksəlib.
İspan xalqı benzinin kəskin bahalaşmasına görə hökumətə öz etirazlarını bildiriblər.