İstanbulun Güngörən rayonunda baş verən yanğın nəticəsində 4 əcnəbi işçi həlak olub.
"Unikal" yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı İstanbul valiliyi yayıb.
Qeyd olunur ki, daha 6 nəfər tüstüdən zəhərlənmə diqanozu ilə xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis, yanğınsöndürmə və tibb qrupları cəlb edilib. Yanğınla bağlı polis və prokurorluq orqanları araşdırmalara başlayıb.