Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 29 terrorçunu zərərsizləşdirib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Fərat Qalxanı” əməliyyat zonası ərazisinə hücum təşkil etməyə cəhd edən 28 terrorçu məhv edilib.
Həmçinin “Barış Pinarı” əməliyyatı aparılan ərazilərə atəş açan 1 silahlı öldürülüb.