Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə naziri İrina Vereşçuk ATƏT-in ölkədəki missiyasını gücləndirmək üçün Almaniya və Fransaya sorğu göndərildiyini bildirib.
"Unikal" xəbər verir ki, o, Rusiyanın təcavüzə haqq qazandırmaq üçün yalan məlumatlara əl atdığını vurğulayıb.
Bu barədə nazir Donbasda vəziyyətin gərginləşməsinə dair brifinq zamanı bildirib. “ATƏT missiyasını gücləndirmək üçün Almaniya və Fransaya müraciət etdik. Çünki bizə yoxlama aparacaq müstəqil müşahidəçilər lazımdır”, - deyə o, bəyan edib.
Vereşçuk vurğulayıb ki, Rusiya Ukraynaya qarşı təcavüzünü izah etmək üçün informasiya müharibəsinə əl atır. Onun sözlərinə görə, bunu ifşa etmək üçün müstəqil yoxlama tələb olunur.
Qeyd edək ki, Donbasda gərginlik artıq ikinci gündür davam edir.