Rusiya Prezidenti Vladimir Putin Ukraynanın NATO-ya üzvlük məsələsindən danışıb.
"Unikal" TASS-a istinadən xəbər verir ki, o, bunun ciddi nəticələrə səbəb ola biləcəyini vurğulayıb.
"Bu zaman sazişə uyğun olaraq hərbi münaqişə baş verəcəyi təqdirdə Alyansın digər üzvləri onu dəstəkləməlidir. Beləliklə, Rusiya NATO ilə döyüşməli olacaq. Məncə, nəticə hər kəsə aydındır", - o bildirib.
Rusiya lideri qeyd edib ki, əgər Ukrayna hakimiyyəti bu ritorikada davam etsə, bu ölkənin dövlətçiliyi sual altına düşəcək: "Bunu anlamaq istəməyən insanlar var. Amma onlar, xüsusilə Kiyev hakimiyyəti bilməlidir ki, Ukrayna dövlətçiliyinin gələcəyini sual altında qoyurlar. Əgər bu baş verərsə, məsuliyyəti özləri daşıyırlar".
"Hazırda biz Ukrayna səmasının uçuşa bağlı zona elan olunması ilə bağlı fikirlər eşidirik. Bunu Ukraynadan deyil, yalnız qonşu dövlətlərin ərazilərindən etmək mümkündür. Bu istiqamətdə istənilən fəaliyyət tərəfimizdən hərbçilərimizə qarşı təhlükənin yaradılması cəhdi və həmin ölkənin silahlı münaqişədə iştirakı kimi qiymətləndiriləcək. Həmin andan etibarən biz buna onların münaqişədə iştirakı kimi baxacağıq. Onun hansı təşkilatın üzvü olmasının fərqi yoxdur", - Putin vurğulayıb.