Rusiyanın Ukraynaya hücumlarının 15-ci günündə davam etdiyi bir vaxtda Ukrayna prezidenti Vladimir Zelenski Almaniya mətbuatına açıqlama verib.
"Unikal" xəbər verir ki, Zelenski xarici KİV-ə müsahibəsində Rusiya prezidenti Vladimir Putinlə görüşmək istəyini deyib:
"Hər danışıqlarda məqsədim Rusiya ilə müharibəni bitirməkdir və mən bəzi addımlar atmağa hazıram. Təbii ki, barışıq olmalıdır, amma bu, ölkəmə xəyanət xəttində olmamalıdır. Həmçinin qarşı tərəf də buna hazır olmalıdır. Bu vəziyyətdən çıxmağın yeganə yolu budur. Detallar barədə danışa bilmərik. Hələlik prezidentlər arasında birbaşa əlaqəmiz olmayıb. Yalnız prezidentlər səviyyəsində danışıqlardan sonra bu müharibəyə son qoya bilərik".
Rusiyanın Donbassda Donetsk və Luqanskın müstəqilliyinin tanınması və Krımın Rusiya torpaqlarında varlığının qəbulu kimi Rusiyanın irəli sürdüyü şərtlərdən danışan Zelenski, “Bunlar mənim verə biləcəyim qərarlar deyil”, - deyib.
Gülayə Mecid