Biz heç kimdən gizlənmək fikrində deyilik. Biz bütün tərəfdaşlarımızla, özləri bunu istəyən xarici tərəfdaşlarla işləməyə açığıq.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bu gün hökumət üzvləri ilə görüşündə deyib.
Dövlət başçısının sözlərinə görə, Rusiyada işləmək üçün qalan xarici investorların hüquqları etibarlı şəkildə qorunmalıdır.
"Bu baxımdan, Rusiyada qalan və Rusiyada işləyən xarici sərmayədarlarımızın və həmkarlarımızın hüquqları etibarlı şəkildə qorunmalıdır. Hökumətdən xahiş edirəm ki, bunu diqqətdən qaçırmasın", - o deyib.
Rusiya prezidenti, həmçinin xarici sahibkarlar tərəfindən Rusiyada müəssisələrin bağlanmasına cavab olaraq qətiyyətli addım atmağı tələb edib.
"Xarici idarəetməni tətbiq etmək, sonra isə bu müəssisələri işləmək istəyənlərin ixtiyarına vermək lazımdır. Kifayət qədər hüquqi və bazar alətləri var", - Putin bildirib.