Suriyada Rusiya Silahlı Qüvvələrinin Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyata dəstək məqsədilə aksiya keçirilir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, aksiyaçılar Ukraynada gedən müharibədə iştirak etmək üçün Rusiya ordularına qoşulamağa hazır olduqlarını bildiriblər.
Onlar şəhər meydanında Rusiya və Suriyanın dövlət bayraqlarını qaldıraraq, “İrəli Rusiya!”, “ Rusiya Suriya üçün əzizdir!” şüarlarını səsləndiriblər.
Bildirilir ki, Suriyada döyüş veteranları çağırış məntəqələrinə gəlir və xüsusi əməliyyatda iştirak etmək üçün könüllülərin cəlb edilib-edilmədiyini soruşurlar. Arzu edənlər arasında Suriya ərəb ordusunun veteranları, xristian milis döyüşçüləri və keçmiş müxalifət döyüşçüləri var.