Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisi qəbul edib.
"Unikal" xəbər verir ki, media üçün qapalı keçirilən görüş İstanbulda baş tutub.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib ki, görüşdə ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələlər, o cümlədən geosiyasi proseslər, habelə Rusiya-Ukrayna böhranı müzakirə olunub.